“Dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi” mövzusunda təlim | |
Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yerli icra hakimiyyətlərinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbələrinin müdirləri və əməkdaşları üçün “Dövlət idarəçiliyində insan resurslarının idarə edilməsi” mövzusunda onlayn ixtisasartırma təlimi keçirilib.
DİA-nın rektoru akademik Urxan Ələkbərov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafında insan potensialının formalaşması” mövzusunda məruzə ilə çıxış edib. Rektor Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli idarəedilməsi sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışan rektor yüksək səviyyəli mütəxəssis hazırlığı, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi üçün atılan addımlara toxunaraq təlimin əhəmiyyətini qeyd edib. Eyni zamanda, qəbul edilmiş strategiyaya uyğun olaraq səmərəli nəticələr verəcəyinə əminliyini bildirib.
Təlimin növbəti günündə DİA-nın dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri dosent Rəcəb Rəhimli “İnsan resurslarının idarə edilməsində liderlik bacarıqları”, “Yüksəliş” müsabiqəsinin Test və imtahanlar şöbəsinin əməkdaşı Vüsalə Kərimova “İş fəaliyyətinin idarə olunması və qiymətləndirilməsi”, akademiyanın davamlı inkişafın planlaşdırılması və idarəedilməsi kafedrasının müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Ülfət Mehdiyev “Təşkilat daxilində insan kapitalının inkişafı üçün zəruri mühitin yaradılması”, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri, “Yüksəliş” müsabiqəsinin qalibi Xamis Seyranov “Effektiv ünsiyyət”, Dövlət Sosial Müdafiə Fondunun İnsan resursları şöbəsinin müdiri Azad Aydınlı “İnsan resursları data analitika” mövzularında məruzə ilə çıxış ediblər.
İxtisasartırma təlimi 2 həftə davam edib.
|
|
22.06.2023 | 12:00 | |
|
|
|