“Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” | |
Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda seminar keçirilib. Yevlax rayon 1 nömrəli tam orta məktəbin ev sahibliyi ilə keçirilən seminarda həmin rayonun təhsil sektorunun nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və MDU-nun professor-müəllim heyəti üzvləri iştirak ediblər.
Seminarda Yevlax rayon Təhsil sektorunun müdiri Namidə Abbasova və MDU-nun riyaziyyat kafedrasının müdiri Sahib Mustafayev giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin elmə və təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına yüksək diqqət və qayğısından danışıblar. Bildiriblər ki, MDU ilə Mərkəzi Aran RTİ arasında “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Birgə Tədbirlər Planına əsasən təşkil olunmuş hazırki seminar ümumi təhsil müəssisələrində riyaziyyat fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin təcrübə mübadiləsinin təmin edilməsi, şagirdlərin riyaziyyat elminə diqqət və marağının artırılması istiqamətində görülən işlərə töhfə məqsədi daşıyır.
Giriş nitqlərindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
|
|
19.06.2023 | 10:17 | |
|
|
|