Avropa Çempionatında uğur qazanan Bakı məktəblisi

Paytaxt məktəblisi Avropa Çempionatında Yunan-Roma güləşi üzrə III yeri tutub.

 

Albaniyanın paytaxtı Tiranada yeniyetmələr arasında keçirilən Avropa Çempionatında Bakı şəhəri 118 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mahir Qurbanlı Yunan-Roma güləşi üzrə yarışda 110 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək bürünc medalın sahibi olub.

 

M.Qurbanlı finlandiyalı rəqibi ilə mübarizədə üstünlük əldə edərək yarışda Azərbaycanın adına daha bir qalibiyyət qazandırıb.

 

Qeyd edək ki, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur əldə edib.

 

 



16.06.2023 | 13:39