Gənc istedadların ifası dinlənilib

"Kainat Gənclik Mərkəzi"nin hər il ənənəvi olaraq keçirdiyi  X Beynəlxalq Uşaq Muğam festivalının Özbəkistandan gəlmiş  qonaqları paytaxtdakı  26 nömrəli 11 illik musiqi məktəbində olublar. Öncə "Kainat Gənclik Mərkəzi"-nin rəhbəri Rahib Rəsulzadə və musiqi məktəbinin direktoru Gülşən Quliyeva qonaqlara  məktəbin yaranma tarixindən söz açıblar.

 

Sonra Azərbaycan və Özbəkistan gənc musiqiçilərindən ibarət dostluq və qardaşlıq konsertinə baxış keçirilib. Konsertdə gənc istedadların ifasında Azərbaycan, özbək, tacik, türk mahnıları və klassik əsərlər səsləndirilib. Sonda Özbəkistandan gəlmiş nümayəndə heyəti tədbir iştirakçılarına təşəkkürlərini bildirərək konsertdən çox məmnun qaldıqlarını söyləyiblər.

                          

Sifai SƏFƏROVA
 



09.10.2018 | 18:37