Almaniyada çalışan azərbaycanlı doktorantın elmi fəaliyyəti müzakirə edilib

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Almaniyaya səfəri çərçivəsində  Mannheim tibb fakültəsinin Cərrahiyyə elmi-tədqiqat laboratoriyasını ziyarət edib. Laboratoriyada çalışan azərbaycanlı doktorant Səbinə Hacızadənin apardığı elmi-tədqiqatlarla yaxından tanış olan ATU-nun rektoru Gəray Gəraybəyli gənc alimə öz tövsiyələrini verib.

 

Qeyd edək ki, S.Hacızadə Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq üçün müraciət edib. Azərbaycan Tibb Universitetindən “Razılıq məktubu” alan S.Hacızadə hazırda bu laboratoriyada elmi araşdırmalarını davam etdirməkdədir.

 

ATU-nun rektoru Gəray Gəraybəyliyə elmi-tədqiqat laboratoriyasında həyata keçirilən elmi işlər, Heidelberg Universitetində doktorantura proqramına qəbul prosesi ilə bağlı ətraflı məlumat verilib. G.Gəraybəyli ATU-da çalışan alimlərin elmi tədqiqatlarının bir hissəsinin bu laboratoriyalarda aparılmasının faydalı olacağını bildirib və bu istiqamətdə əməkdaşlığın vacibliyini qeyd edib.

 

 



14.06.2023 | 13:15