ADPU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin Lektoriyasında ADPU və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Azərbaycan xalqının və dövlətinin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin sayəsində ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoyan respublikamızın əsrin sonuncu onilliyində parçalanmaq və vətəndaş mübaribəsi təhlükəsindən qurtulduğunu, dinamik inkişaf edən bir ölkəyə çevrildiyini diqqətə çatdırıb.
Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxışında Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından söz açıb, 1993-cü ildə ölkədə yaranan vətəndaş müharibəsi təhlükəsi və hakimiyyət böhranı, torpaqların işğal olunması faktları fonunda dahi siyasətçinin sülh və sabitliyi təmin etmək üçün göstərdiyi qətiyyətli mövqenin həlledici roluna diqqət çəkib.
Çıxışlarda bildirilib ki, Ulu Öndərin qətiyyətli addımları sayəsində ölkəmizdə dövləti sarsıtmağa yönəlmiş hadisələrə birdəfəlik son qoyuldu, milli iqtisadi inkişafın təməlləri atıldı və bu sağlam, sabit təməl üzərində Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə Azərbaycan qüdrətli dövlətə çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımız tarixi Zəfərlə işğaldan azad olundu. Bu gün isə doğma torpaqlarımıza Böyük Qayıdış prosesi başlayıb.
Daha sonra professor Əyyub Kərimov “Azərbaycan sürətli inkişaf yollarında (1969-1987-ci illər)”, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova isə “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri (1993-2003-cü illər)” mövzularında məruzə ediblər.
|
|
14.06.2023 | 12:13 | |
|
|
|