“Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqında “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisinin açılışını edib.

 

Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş əsərləri,  dekorativ kompozisiyalardan ibarət 200-dən çox rəsmləri nümayiş olunub.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşı, məsləhətçi Çinarə Əmrahzadə, Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları- Hüseyn Əliyev, Səriyyə Abdulova, Azərbaycan  Rəssamlar İttifaqının üzvləri- Xalq rəssamları Arif Hüseynov, Ağaəli İbrahimov, Firuz Mirzazadə, Yazıçılar Birliyinin birinci katibi  Xalq yazıçısı Çingiz Abbdullayev  iştirak ediblər.

 

Qonaqlar çıxış edərək gənc rəssamların əl işlərini yüksək qiymətləndirib, onlara yaradıcılq uğurları arzulayıblar.

 

Qeyd edək ki, iki günlük sərginin keçirilməsində məqsəd uşaqların rəssamlığa olan marağını artırmaq, gənc nəslin istedad və bacarığını inkişaf etdirməkdir.

 



13.06.2023 | 15:59