“Mənim dayanıqlı həyat tərzim” proqramına start verilib

BMT-nin Ətraf Mühit Proqramı (UNEP), həmçinin BMT-nin Sistem işçiləri kolleci (UNSSC) tərəfindən “Mənim dayanıqlı həyat tərzim” adlı proqrama start verilib. 

 

Proqramın məqsədi uşaq və gənclərin daha yaxşı, sağlam, ədalətli prinsiplərə uyğun yaşam tərzi seçmələrinə, eləcə də dayanıqlı addımların atılması üçün əsaslandırılmış məlumatlar əldə etmələrinə şərait yaratmaqdır. 

 

Proqramda iştirak üçün dünyanın müxtəlif ölkələrindən 3500-dən çox müraciət daxil olub və onlardan 1000 nəfəri iştirak haqqı qazanıb. Azərbaycandan ilk dəfə olaraq Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin ekoklub üzvləri, "EkoSfera" Sosial-ekoloji Mərkəz İctimai Birliyinin könüllü və gənc əməkdaşları sırasından 45 nəfər proqramda iştirak imkanı əldə edib. 

 

Qeyd edək ki, sözügedən proqram insanları gündəlik həyatlarında daha dayanıqlı davranış seçimlərinə cəlb edən innovativ öyrənmə platformasıdır. Proqram 5 iyun-17 iyul tarixlərini əhatə edəcək. 

 

 



09.06.2023 | 12:19