Türkiyəli tələbələrin təhsilləri ilə bağlı müzakirələr aparılıb

Bakı Dövlət Universitetininn (BDU) rektoru Elçin Babayev Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı ilə görüşüb.

 

Rektor BDU-da əcnəbi tələbələr arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini və onların daim qayğı ilə əhatə olunduğunu bildirib. Qeyd edib ki, türkiyəli tələbələr daha çox sosiologiya, psixologiya və hüquq ixtisaslarını seçirlər. Rektor BDU-da təhsil alan türkiyəli tələbələrin sayının daha da artırılması üçün birlikdə çalışmağın zəruriliyini vurğulayıb.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı isə qeyd edib ki, təhsil Türkiyə-Azərbaycan qardaşlığında önəmli nöqtədir. O, Azərbaycanın ali məktəblərində təhsil alan türkiyəli tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini, bu tələbələrə dair elektron portalın yaradılacağını bildirib.

 

Görüşdə BDU-da türkiyəli tələbələrin təhsilləri, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

 



08.06.2023 | 19:45