Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 19 iyun 2023-cü il tarixində Qazax rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən rayonların sakinləri 14 iyun 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. 

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

 

 



07.06.2023 | 12:58