“Qiymətləndirmə prosesinin aparılması” mövzusunda təlim | |
Mingəçevir Dövlət Universitetinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə “Qiymətləndirmə prosesinin aparılması” mövzusunda təlim keçirilib. Gənc müəllimlərə metodiki dəstək məqsədilə keçirilən təlimdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib.
Təlimdə giriş sözü ilə çıxış edən MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov qeyd edib ki, qiymətləndirmə prosesi təhsildə müsbət keyfiyyət dəyişikliklərinin həyata keçirilməsində mühüm vasitə rolunu yerinə yetirir. Qiymətləndirmənin müvafiq təlimatlara uyğun olaraq obyektiv, şəffaf və effektiv aparılmasının təmin edilməsi məqsədilə gənc müəllimlərin bilik və bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdıran Ü.Zeynalov aktual mövzuda təşkil edilmiş təlimin önəmini vurğulayıb.
Sonra MDU-nun humanitar fənlər kafedrasının dosenti Namaz Manafov təqdimatla çıxış edib. Təqdimatda kredit sistemi ilə ali təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi prinsipləri, mexanizmləri və vasitələri, tələbə nailiyyətlərinin qiymətləndirilməsində qarşıya çıxan problemlər və mövcud təcrübələr barədə məlumat verilib.
|
|
05.06.2023 | 10:42 | |
|
|
|