2018-ci ilin iqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlandı | |
Bu gün İsveçin paytaxtı Osloda 2018-ci il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb. İsveç Kral Elmlər Akademuyasının qərarı ilə iqtisadiyyat üzrə 50-ci yubiley mükafatına amerikalı alimlər Uilyam Nordxaus və Pol Romer layiq görülüblər. U.Nordxaus iqtisadi təhlildə iqlim dəyişiklikləri problemlərinin tətbiqi, P.Romer isə iqtisadi böyümənin səbəblərinin tədqiqi ilə məşğul olublar. "Alimlər dövrümüzün ən fundamental və təcili problemlərinin öyrənilməsi metodlarını hazırlayıblar, eləcə də dünya iqtisadiyyatının və əhalinin rifah halının uzunsürən davamlı inkişafını öyrəniblər", - deyə İsveç Kral Elmlər Akademiyasının açıqlamasında qeyd olunur.
Oruc MUSTAFAYEV |
|
08.10.2018 | 14:40 | |
|
|
|