LDU-da imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının növbəti iclasında  “2022/2023-cü tədris ilinin yaz semestrinin yekunu, imtahan sessiyasına hazırlığın vəziyyəti” müzakirə olunub.

 

Bu barədə məlumat verən tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent İdrak Əsgərov bildirib ki, 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası yeni qaydalar əsasında əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2023-cü il tarixindən 04.07.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin tədris qrupları üçün 10.06.2023-cü il tarixindən 17.06.2023-cü il tarixinədək keçiriləcək.

 

İ.Əsgərov deyib ki, bu il ilk dəfə olaraq  məhz yaz semestrində imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə ediblər. Yeni qaydalara əsasən, tələbə imtahana  düşən fənlərin gününü və saatını özü müəyyənləşdirmək imkanı əldə edərək imtahanları  daha tez yekunlaşdırmaq şansı qazanıb. İmtahan keçiriləcək otaqlar kompüter, printer və digər lazımi texniki avadanlıqlarla təmin olunub, otaqlara internet xətti çəkilib. İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Оpеrаtiv Qərаrgаh yаrаdılıb. Sеssiyаnın gеdişi zаmаnı imtаhаnlаrın nəticəsindən yаrаnа biləcək nаrаzılıqlаrın və şikаyətlərin mövcud qаydаdа аrаşdırılmаsı və müvafiq qərar qəbul edilməsi məqsədi ilə sessiya müddətində Apelyasiya komissiyası fəaliyyət göstərəcək.

 

İ.Əsgərov “Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılan Universitetin akkreditasiyası haqqında” yoxlamanın nəticələri barədə də məlumat verib.

 

İclasda cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 

 



01.06.2023 | 12:43