IV kurs tələbələri II pedaqoji təcrübəyə gedir

Naxçıvan Müəllimlər İnstitutunda “2018-2019-cu tədris ilinin birinci yarısında əyani təhsil formasının IV kurs “Təhsildə sosial psixoloji xidmət” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarının II pedaqoji təcrübəsinə həsr edilmiş başlanğıc konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin əməkdaşları, Naxçıvan şəhər tam orta məktəblərinin direkitorları və müəllimləri   iştirak ediblər.              

 

Konfransı giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev tələbələrin  8 həftəlik pedaqoji təcrübəsinin başlandığını bildirib. Qeyd edib ki, təcrübə Naxçıvan şəhərindəki 8, 10, 11, və 14 nömrəli tam orta məktəblərdə keçiriləcək.

             

Rektor qeyd edib ki, bugünkü təcrübəçi tələbələr sabahın müstəqil müəllimləri olacaqlar. Ona görə də təcrübə üçün elə metodistlər seçilməlidir ki, onlar müasir dərsi, problemin qoyuluşunu və onun mərhələlərlə inkişaf etdirilməsini təcrübəçilərə düzgün mənimsədə bilsinlər. Eyni zamanda istər ibtidai, istərsə də yuxarı siniflərdə tədris olunan orta məktəb dərsliklərimiz olmalıdır ki, təcrübəçi məktəbə qədəm qoymamışdan dərslikdəki mövzulardan xəbərdar olsun.

               

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov  təcrübəçi tələbələri təbrik edərək bildirib ki, Naxçıvan Muxtar Respublika rəhbərliyi təhsilin inkişafına daim ciddi fikir verir. Eyni zamanda pedaqoji yönümlü institut kimi Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinə də qayğı ilə yanaşır.

 

Buna görə də  təhsilin bütün mərhələlərində  işin düzgün qurulması günümüzün vacib məsələsidir.

           

Nazir deyib ki, bu gün təcrübəyə gedən tələbələrimiz sabah institutu bitirdikdən sonra bizim məktələrdə işləməyi seçsələr daha yaxşı olar. Bunun üçün ciddi söhbətlər aparılmalıdır.

            

Sonra institutun təcrübə rəhbəri Təranə Əliyeva və”Pedaqogika-psixologiya” kafedrasının müdiri Q.Şahbazova təcrübəci tələbələr və metodist müəllimlərin qarşısında duran vəzifələr haqqında məlumat veriblər.

 



08.10.2018 | 11:17