“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində innovativ təlim metodlarından istifadə” | |
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda elmi seminar keçirilib. MDU-nun evsahibliyi ilə keçirilən seminarda Mingəçevir şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və universitetin professor-müəllim heyəti üzvləri iştirak ediblər.
Seminarda giriş sözü ilə çıxış edən MDU-nun humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və daha da zənginləşdirilməsinə, Azərbaycan dili və ədəbiyyatının inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə və dövlət dilinə çevrilməsi, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərindən səslənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
E.Cəfərova Ümummilli Liderin dil siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinin davamlı təkmilləşdirilməsinin vacibliyindən söhbət açan E.Cəfərova “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Tədbirlər Planına daxil olan hazırki seminarın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
|
|
25.05.2023 | 15:10 | |
|
|
|