Tələbələrə “PashaPay” şirkətində təcrübə və iş imkanları

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “PAŞA Holdinq” MMC-nin strateji aktivi olan “PashaPay” MMC-nin əməkdaşları tələbələr üçün infosessiya keçiblər.

 

AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün məqsədi tələbələrə şirkətin yeni layihəsi barədə məlumat vermək, onları bu layihəyə cəlb etmək və real iş imkanı yaratmaq olub.

 

“PashaPay” MMC-nin Partnyorlarla iş şöbəsinin müdiri Elçin Allahverdiyev şirkətin fəaliyyət istiqamətləri, “MilliÖn”, “m10” brendi, işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanlarından danışıb. E.Allahverdiyev, həmçinin “PashaPay”ın “m10” brendini təmsil etmək üçün tələbələri promo (təşviq) komandasına qoşulmağa səsləyib.

 

Layihə çərçivəsində tələbələrə satışla bağlı təlim keçiriləcək, bu işə marağı olan gənclər bir və ya iki ay müddətinə (dərs saatlarından kənar saatlarda) ödənişli xidmətə cəlb olunacaqlar. Layihənin sonunda iştirakçılar sertifikatla təmin ediləcək.  Layihədə fərqlənən iştirakçılar gələcəkdə “PashaPay” şirkətində işləmək imkanı qazanacaqlar.

 

 



25.05.2023 | 13:07