“Nə? Harada? Nə zaman?” adlı intellektual oyun üzrə "Bilik kuboku" | |
Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun üzrə "Bilik kuboku" başa çatıb.
Gəncə-Daşkəsən RTİ-dən aldığımız məlumata görə, 10 ümumtəhsil məktəbindən 50 müəllimin iştirak etdiyi turnirdə Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllimlərindən ibarət "Retro" komandası qalib gəlib.
Eyni zamanda Texniki və təbiət fənnləri təmayüllü liseyin komandası 2-ci, Nadil kənd tam orta məktəbin komandası isə 3-cü yerlərə layiq görülüb.
Şakir CƏFƏROV
|
|
24.05.2023 | 17:12 | |
|
|
|