Şimali Qafqaz Federal Universitetinin rektoru ADU-da

Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitriy Nikolayeviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib.

 

Qeyd olunub ki, ADU-da müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir, müəllim və tələbələr bu mərkəzlərdə öz bilik və bacarıqlarını artırırlar. Bildirilib ki, universitetlər arasında əməkdaşlığın perspektivləri və inkişafı baxımından kifayət qədər əlverişli imkanlar mövcuddur. Bu imkanlar hər iki universitetin elmi və təcrübi mübadiləsi üçün yeni yollar açmış olur:

 

“Rusiyada fəaliyyət göstən bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, Şimali Qafqaz Federal Universiteti ilə də yüksək səviyyədə əməkdaşlığımız olacaq. Şimali Qafqaz Federal Universitetində Azərbaycan dili mərkəzinin fəaliyyət imkanlarını birlikdə dəyərləndirə bilərik. Bu əməkdaşlığımıza müsbət təsir göstərməklə yanaşı, əlaqələrimizin daha da yaxınlaşmasına töhfə vermiş olardı”.  

 

Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitriy Nikolayeviç səmimi qarşılanmaya, qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Qeyd olunub ki, ADU ilə əməkdaşlıq imkanları olduqca müsbət dəyərləndirilir.

 

Görüş gələcək əməkdaşlığın yeni perspektivləri ətrafında müzakirələrlə davam edib.

 

 



24.05.2023 | 12:28