Quba filialında Ümummilli Liderə həsr olunmuş elmi konfrans | |
Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Məhkəməsi, Quba Rayon Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon şöbəsi, Quba Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində "Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquqislahatlarının aparılmasında Heydər Əliyevin rolu" mövzusunda elmi konfrans keçirilib.
Öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və ADPU Quba filialının direktorunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol üzrə universitet birinciliyinin qalibləri mükafatlandırılıb.
Sonra konfrans Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyevin moderatorluğu ilə açıq elan edilib.
Konfransın rəsmi hissəsində icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında məlumat verib.
Quba rayon prokuroru Namiq Muradov “Azərbaycanda dövlət quruculuğu istiqamətində hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyev amili", Quba Rayon Məhkəməsinin sədri Samir Məmmədov “Heydər Əliyev və Azərbaycanda məhkəmə və ədliyyə sisteminin inkişafında yeni mərhələ”, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon şöbəsinin rəisi Elcan Süleymanov “Azərbaycanın milli təhlükəsizlik siyasətinin formalaşmasında Heydər Əliyevin rolu”, Özbəkistanın İpək Yolu Tədqiqatlar Akademiyasının rəhbəri professor Azamat Akbarov “Ulu Öndər Heydər Əliyev və Özbəkistan: Beynəlxalq perspektivdən baxış” mövzularında məruzələrlə çıxış edib, Ümummilli Liderin Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində və beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsində göstərdiyi misilsiz xidmətlərdən danışıblar.
|
|
23.05.2023 | 15:24 | |
|
|
|