Mingəçevir Dövlət Universitetində təqdimat və monitorinq

Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı və monitorinqi keçirilib. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin Təhsildə  Keyfiyyətə  Təminat və  Nəzarət  Mərkəzinin direktoru, baş müəllim Səbinə Quliyeva açıb.

 

Sonra   koordinatorlar Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və layihə koordinatoru Gülşən Bayramova tərəfindən universitetlərin struktur rəhbərlərinə, dekanlara və kafedra müdirlərinə Avropa Birliyi tərəfindən maliyyələşdirilən 3 illik layihənin əhəmiyyəti və mahiyyəti barədə məlumat verilib.  Bildirilib ki, layihənin əsas məqsədi universitetlərdə keyfiyyətin mütəmadi yoxlanılması və standartlara cavab verməsi üçün nəzarətedici mexanizmin qurulmasıdır.

 

Geniş diskussiyaya səbəb olan məsələ ilə bağlı baş müəllim Günəş Şəfaqətov, İlhamə İsmayılova, fakültə dekanı, dosent Nüşabə Qədimli, kafedra müdiri, dosent Sahib Mustafayev, baş müəllim Arif Tağıyev, Mehriban Kərimova və digərləri çıxış edib, fikirlərini bildiriblər.   

 

Bakı Biznes Universitetinin nümayəndələri yekun olaraq universitetlərdə yaradılmış keyfiyyət təminatı mərkəzlərində monitorinq yoxlamalar aparıb və hər universitetə layihədə nəzərdə tutulmuş 2 ədəd kompüter təqdim olunub.

 



07.10.2018 | 13:22