“Təbiətin səsi sən ol”

Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində bir sıra tədbirlər  keçirilib.

 

Muzeyin “Çələbi” bölümündə 20 nömrəli tam orta məktəbin şagirdləri üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı nümayiş etdirib. Sonra “Təbiətin səsi sən ol” adlı interaktiv tamaşa təqdim olunub. Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış Uşaq Birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, eyni  zamanda “Azəri inciləri” rəqs qrupunun çıxışları  tamaşaçılarda xoş ovqat yaradıb.

 

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü münasibətilə  adıçəkilən muzeydə “Açıq qapı” günü də  keçirilib.  Ümumilikdə 4 minə yaxın tamaşaçı qəbul edən muzeydə tədbirlər Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı  baş tutub.

  

Sifai SƏFƏROVA

 



20.05.2023 | 11:41