“Sən elə bir zirvəsən...” | |
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Sən elə bir zirvəsən...” adlı konsert proqramı təşkil olunub.
Tədbirdə Lənkəran Dövlət Universitetində və universitetin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə təhsil alan tələbələr maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramında Ulu Öndərin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramından sonra LDU-nun rektoru professor Natiq İbrahimov çıxış edərək maraqlı və məzmunlu konsertin təşkilatçılarına, ifaçılara minnətdarlıq edib, Ulu Öndərlə bağlı tədbirlərin bundan sonra da davam edəcəyini deyib.
Konsertin sonunda Heydər Əliyev adına Bakı Gənclər Mərkəzində məşhur kulinarist Tahir Əmiraslanovun 65 illiyinə həsr edilmiş “Yaradıcılıq günü və gənc kulinarların V Respublika çempionatı”nda I yerə layiq görülmüş LDU-nun komanda üzvləri, onlara köməklik göstərmiş fakültə əməkdaşları hədiyyə və “Təşəkkürnamə” ilə təltif ediliblər.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Bədii qiraət” müsabiqəsinin qalibləri də “Təşəkkürnamə” ilə təltif olunublar.
|
|
20.05.2023 | 11:12 | |
|
|
|