Xırdalanda yeni tikilən məktəbə mediatur | |
Mayın 18-də Abşeron rayonu, Xırdalan şəhərinin “Kristal – 2” adlanan ərazisində inşa olunan 2000 şagird yerlik tam orta məktəbə mediatur keçirilib. Mediaturun məqsədi sözügedən məktəbin inşa işləri ilə yaxından tanışlıq olub.
Hazırda məktəb binasının daxilində son tamamlanma və həyətin abadlıq işləri aparılır. Cari ilin iyul ayında tikinti-quraşdırma işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Bildirilib ki, Xırdalan şəhərində belə bir məktəbin tikintisi sözügedən ərazidə ümumi təhsil müəssisələrinin sıxlıq probleminin aradan qaldırılmasına köməklik göstərəcək.
Xatırladaq ki, ötən il Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş 2000 şagird yerlik 2 nömrəli, Masazır kəndində isə 960 şagird yerlik 6 nömrəli tam orta məktəb istifadəyə verilib.
|
|
18.05.2023 | 17:33 | |
|
|
|