GDU-da Keyfiyyətə Təminat Mərkəzi yaradılacaq | |
Gəncə Dövlət Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” adlı layihənin təqdimatı keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, görüşdə əsasan universitetin dekan müavinləri və tyutorları iştirak edib.
Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və layihənin koordinatoru Gülşən Bayramova görüş iştirakçılarına layihə haqqında ətraflı məlumat veriblər.
Təqdimat zamanı bildirilib ki, EQAC layihəsinin əsas məqsədlərindən biri Azərbaycan universitetlərində keyfiyyətin davamlı olaraq yoxlanması və standartlara cavab verən keyfiyyətin təminatı sisteminin qurulmasından ibarətdir. İştirakçılara layihənin hazırkı vəziyyəti və qarşıda duran işlər barəsində də məlumat verilib.
Sonda koordinator universitetin nümayəndələri Gəncə Dövlət Universitetində yaradılacaq Keyfiyyətə Təminat Mərkəzi üçün nəzərdə tutulan kompüterləri təqdim edib.
Qeyd edək ki layihə 3 il müddətində davam edəcək. |
|
06.10.2018 | 10:24 | |
|
|
|