Sərbəst güləş üzrə açıq birincilikdə AzMİU-nun 18 tələbəsi qalib olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib. 

 

Yarışda AzMİU-nun rəhbərliyi, Yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionatlarının mükafatçısı Taleh Məmmədov, pəhləvan güləşi üzrə dəfələrlə Dünya və Avropa çempionu olan Vüsal Cavadov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri və tələbələr iştirak ediblər. 

 

Yarışda AzMİU və onun nəzdində İnşaat Kollecinin tələbələri daxil olmaqla, Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Texniki Universitetindən (AzTU) ümumilikdə 50 idmançı öz qüvvəsini sınayıb. Müxtəlif çəki dərəcələrində keçirilən yarışlarda qaliblər müəyyən edilib. AzMİU-nun 18 tələbəsi yarışın qalibləri sırasında yer alıb. Onlar 1-ci, 2-ci, 3-cü yerləri bölüşüblər. 

 

Qaliblər AzMİU tərəfindən təsis edilmiş diplom, medal və Milli Olimpiya Komitəsinin hədiyyələri ilə mükafatlandırılıb. 

 

Qeyd edək ki, komanda hesabında AzMİU 1-ci, AzTU 2-ci, ATU isə 3- cü yeri qazanıb.
 

 



17.05.2023 | 11:00