Rusiyada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib | |
Rusiyanın Ulyanovsk şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan 78 nömrəli orta məktəbdə olub, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş dərsi izləyiblər. Məktəblilərin ifasında Azərbaycan dilində şeirlər səsləndirilib, milli rəqslər nümayiş etdirilib.
Daha sonra Heydər Əliyev adına meydanda ümummilli liderə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra “Yeni nəsil” İdman-sağlamlıq Kompleksində Heydər Əliyevin yubileyinə həsr olunmuş cüdo üzrə “Xalqlar dostluğu kuboku” regionlararası turnir keçirilib. Turnirdə Rusiyanın 15 regionundan 350-dən çox idmançı iştirak edib.
Ulyanovsk vilayətinin qubernatoru Aleksey Ruskixlə nümayəndə heyətinin görüşündə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsində, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında əvəzsiz xidmətlərindən danışılıb.
Təhsil, gənclər və idman sahələrində müştərək layihələrin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin tərkibində Elm və Təhsil Nazirliyi tərəfindən Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov iştirak edib. Nazirlik adından qubernatora xatirə hədiyyəsi təqdim edilib. Tədbirlər silsiləsi Qubernator mədəniyyət sarayında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan! Sənə mahnı oxuyuram!” adlı konsertlə yekunlaşıb
|
|
12.05.2023 | 19:42 | |
|
|
|