Çexiyanın Karlova Universitetinin professorları zooloji tədqiqatlara dair müzakirələr aparıblar | |
Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin Onurğasızlar zoologiyası bölümünün professoru Vera Opatova tərəfindən “Zooloji tədqiqatlarda müasir metodlar” mövzusunda elmi seminar keçirilib.
Seminarda Çexiyanın Azərbaycandakı səfirinin birinci müavini Martin Luboyatski, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, biologiya fakültəsinin dekanı Afət Məmmədova, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Karlova Universitetinin Zoologiya bölümünün professoru Miroslav Svatora təmsil etdiyi ali məktəblə BDU-nun biologiya fakültəsi arasında 50 ilə yaxın əməkdaşlığın olduğunu bildirib. Belə ki, BDU ilə Karlova Universiteti “ERAMUS+” proqramı çərçivəsində ikitərəfli sazişi möhkəmləndirib və memorandum imzalayıb.
M.Svatora Azərbaycanda apardıqları elmi-tədqiqat işləri və nəticələri haqqında da məlumat verib.
|
|
12.05.2023 | 16:11 | |
|
|
|