146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.



Belə ki, vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yaradaraq “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.

 



12.05.2023 | 11:35