AzTU-nun beynəlxalq əlaqələri genişlənir | |
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Selçuk Universitetinin nəzdindəki Konya Texnoparkı (Konya Teknokent) və Pakistanın Quaid-i-Azam və İslamabad Vəqf universitetləri arasında Anlaşma memorandumları imzalanıb.
Türkiyə və Pakistan ali təhsil müəssisələri ilə imzalanmış memorandumlarda tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat və innovasiya fəaliyyətində universitetlərin mövcud potensial və resurslarından birgə istifadə, habelə universitet-sənaye işbirliyinin inkişafı öz əksini tapıb.
|
|
11.05.2023 | 13:20 | |
|
|
|