“Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı latın qrafikası ilə nəşr olunub | |
ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə nəşr olunub. Universitetdən bildirilib ki, bugünədək “Azərbaycan” qəzetinin (1918-1920) bir xüsusi buraxılışı və 5 nüsxəsi Azərbaycan əlifbasına köçürülüb.
|
|
08.05.2023 | 13:08 | |
|
|
|