Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 26 may 2023-cü il tarixində İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən rayonların sakinləri 19 may 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür. 

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

 

 



05.05.2023 | 12:04