"Heydər Əliyev və müasir türk dünyası" adlı beynəlxalq elmi-praktiki konfrans | |
Mayın 2-də Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və müasir türk dünyası" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlər, ictimai-siyasi xadimlər, eləcə də respublikamızın tanınmış ziyalılarının iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu və türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunub.
Konfransın Təşkilat Komitəsinin sədri və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev giriş nitqi ilə çıxış edib. Tədbirdə həmçinin elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili Ziyad Səmədzadə, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, Özbəkistanın Qəhrəman Ali Məclisinin senatoru Sodiqjon Turdiyev və digərləri çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.
|
|
02.05.2023 | 15:46 | |
|
|
|