Xarici universitetlərdə Ulu Öndərin 100 illiyi ilə əlaqədar tədbirlərə start verilib | |
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verib. Mərkəz ilin sonuna qədər “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində - Ural Federal Universiteti (Rusiya), İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti (Gürcüstan), Vrotslav Universiteti (Polşa), Hokkaydo Universiteti (Yaponiya), Erciyəs Universiteti (Türkiyə), Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti (Bolqarıstan), Malayziya Universiteti (Malayziya), Gadjah Mada Universiteti (İndoneziya), Aleksandr İohan Kuzi Universiteti (Rumıniya), Paraiba Federal Universitetində (Braziliya) Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar təşkil etməyi nəzərdə tutur.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina “Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın çoxtərəfli diplomatiyasının xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib.
|
|
01.05.2023 | 10:37 | |
|
|
|