146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.

 

Belə ki, Çağrı Mərkəzinin  146 – 9 nömrəli yeni telefon xətti artıq istifadəyə verilib.

 

Vətəndaşlar Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yaratmaq üçün müvafiq nömrəyə zəng edə,  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.

 

 



28.04.2023 | 15:24