Nazir Qusar rayonu Hil kənd tam orta məktəbində olub | |
Aprelin 28-də elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbi ziyarət edib.
Məktəbdə yaradılmış şərait və tədris prosesi ilə tanış olan Emin Əmrullayev müəllim və şagirdlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Bildirilib ki, hazırda məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə ümumilikdə 31 sinif komplektində və 2 məktəbəhazırlıq qrupunda 636 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur. Təhsil müəssisəsində 2 fizika, 2 kimya və 2 biologiya laboratoriyası, 2 əmək təlimi otağı, kitabxana, 350 yerlik akt zalı, idman zalı, həmçinin 92 yerlik yeməkxana mövcuddur.
|
|
28.04.2023 | 15:40 | |
|
|
|