“Kiber Ulduz” kibertəhlükəsizlik yarışı | |
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 12-17 yaşarası yeniyetmələrin iştirakı ilə CTF (“Capture the flag”) yarışı keçirilib.
“Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin aparılması layihəsi” çərçivəsində Elm və Təhsil Nazirliyinin və “Cyberpoint” şirkətinin dəstəyi ilə keçirilmiş yarışın texniki təşkilatçıları qismində “İnterprobe” və “UnifyBytes” şirkətləri çıxış edib.
Tədbirin açılışında bir sıra dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Açılış nitqində AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov yarış barədə məlumat verib və sahə üzrə AKTA tərəfindən həyata keçiriləcək tədbirlərə dair iştirakçıları məlumatlandırıb.
Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq struktur bölməsinin rəisi Davud Rüstəmov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri Şahin Əliyev, Elm və Təhsil Nazirliyinin sektor müdiri Vüsalə Əliyeva, eləcə də “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev, “Unifybites” şirkətinin rəhbəri Mahir Yüksəl, "Caspian İnnovation Center" MMC-nin İnformasiya təhlükəsizliyi üzrə rəhbəri Rauf Mahmudlu, BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisasının V kurs tələbəsi Hüseyn Qəmbərov və I kurs tələbəsi Nərmin Vəliyeva çıxış edərək tədbirin aktuallığı barədə fikirlərini bölüşüb və yarış iştirakçılarına tövsiyələrini veriblər.
|
|
26.04.2023 | 12:35 | |
|
|
|