“Azərbaycan pedaqoji elmi: ustadlar, davamçılar, iddiaçılar"

Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə icra olunan “Azərbaycan pedaqoji elmi: ustadlar, davamçılar, iddiaçılar" layihəsinin növbəti görüşü baş tutub.

 

Layihənin bu dəfəki qonaqları davamçılar- Bakı Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının müəllimi, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə və Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor İsmayil Əliyev olub.

 

İnstitutun pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Hacıyevanın rəhbərlik etdiyi "Gənc pedaqoqlar" dərnəyinin üzvləri “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr tələbələri İzzət Zeynallı və Zeynəb Abbaslı professorların elmi-pedaqoji fəaliyyəti haqqında, davamçılar isə öz ustadları olan psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə və pedaqoji elmlər doktoru, professor Əliheydər Həşimovun həyat və elmi-pedaqoji fəaliyyətləri haqqında dərnək üzvlərinə məlumat veriblər.

 



25.04.2023 | 16:11