ABŞ Dövlət Departamentinin təmsilçisi:”Cəmiyyətlərin inkişafına həm mədəni, həm də intellektual baxımdan dəstək olmaq istəyirik” | |
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Məkanlarının Regional İctimai Əlaqələr üzrə mütəxəssisi Şeyla Veir və ABŞ səfirliyinin Mədəniyyət üzrə Attaşesı Hacı Salman ilə görüş keçirilib.
Qeyd olunub ki, mərkəzlər tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdədir, həmçinin bu mərkəzlər tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıqdır. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul etdiyini deyən universitet rəhbəri Bakı Amerika Mərkəzinin zəngin kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə çatdırıb:
“Universitetimizdə Avropa dilləri ilə yanaşı, yapon, Koreya, İndoneziya, Çin, ərəb, türk, sankrit və s. dillər də tədris olunur. Mərkəzlərimizin qapıları təkcə universitetimizə yox, geniş kütləyə də açıqdır və bu, bizi sevindirir. Beynəlxalq əlaqələrimiz bizə geniş imkanlar yaradır və bu imkanlar həm elmi, həm də mədəni mübadilənin əhəmiyyətini təqdim etmiş olur. Əminəm ki, Bakı Amerika Mərkəzi bundan sonra da həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı işlərə imza atacaq”. Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən qonaqlar ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, universitetlər arasında mübadilə proqramlarının qurulması önəmlidir. Bildirilib ki, cəmiyyətlərin inkişafında Amerika Mərkəzlərinin təsir imkanları böyükdür:
|
|
19.04.2023 | 14:15 | |
|
|
|