İtaliyanın SAİPEM şirkəti ilə müzakirələr aparılıb | |
İtaliyanın SAİPEM şirkəti və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Görüşdə SAİPEM şirkəti tərəfindən Azərbaycandakı filialının müdiri İlham Eminbəyli, Davamlı İnkişaf, Xarici münasibətlər və əlaqələr üzrə müdir Aytən Həsənova, İnsan Resursları üzrə menecer Nəzakət Əfəndiyeva, İnsan Resursları üzrə koordinator Vüsal Məlikov və Təlim koordinatoru Almaz İbrahimova, SDU tərəfindən isə ümumi işlər üzrə prorektor Əsəd Məmmədov, mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, Elmi hissənin müdiri dosent Samir Orucov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova, Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva iştirak ediblər.
Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov görüşün məqsədi haqqında məlumat verib. Daha sonra universitetin tanıtım videosu təqdim olunub. Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova universitet və onun inkişaf dinamikası haqqında təqdimatla çıxış edib.
SAİPEM şirkətinin karbonsuz enerji mənbələri sahəsində araşdırmalarının SDU-nun kimya fakültəsinin neft kimyası kafedrası ilə aparılması, HAKATON silsilə tədbirlərinin SDU-nun nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzində keçirilməsi, SDU-nun müəllim və tələbələrindən ibarət BREINSTORMING komandasının yaradılması kimi məsələlər müzakirə olunub.
|
|
17.04.2023 | 10:50 | |
|
|
|