Dövlət Vergi Xidməti əməkdaşları tələbələrə təlim keçib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı Dövlət Universitetində tələbələr üçün təşkil olunan sayca ikinci “Yay Təcrübə Proqramı” çərçivəsində proqramın təqdimatını keçirib və vergi mövzusunda təlimlər təşkil edib.

 

Təqdimatlarda DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları tərəfindən tələbələrə keçiriləcək təcrübə proqramı haqqında ətraflı məlumat verilib, proqramda iştirak üçün qeydiyyat prosesi və seçim mərhələləri barədə zəruri qeydlər çatdırılıb. Təqdimatdan sonra DVX-nin Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi” və “Vergi məsuliyyəti nədir?” mövzuları üzrə təlimlər keçirilib.

 

Xatırladaq ki, “Yay Təcrübə Proqramı”na qeydiyyat cari ilin aprel ayının 30-na qədər davam etdirilir.

 

 



15.04.2023 | 12:09