Şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsi üzrə test imtahanlarına başlanılır | |
Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək. Bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib.
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək. Qeyd edək ki, şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə sənəd qəbulu prosesində 1500-dən çox namizəd iştirak edib.
|
|
14.04.2023 | 10:01 | |
|
|
|