Tələbələr bp-nin təlimində

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bp şirkətində təşkil olunan təlimdə iştirak ediblər. Təlimdə bp-də çalışan mühəndislər tələbələrə şirkətdə iş, təcrübə  imkanları barədə məlumat verib, həmçinin texniki və qeyri-texniki sahədə təlimlər keçiblər. Təlim mühəndislərlə tələbələr arasında sual-cavab və fikir mübadiləsi ilə davam edib.

 

Təlimə BANM-in “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasının 10 tələbəsi qatılıb.

 

 



13.04.2023 | 11:37