Fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı | |
Bu gün İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi tərəfindən fizika sahəsində 2018-ci ilin Nobel mükafatı laureatlarının adları elan olunub. Bu il Nobel mükafatına lazer fizikası sahəsində yenilikçi ixtiralarına görə üç alim - amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı, 55 yaşlı xanım Donna Strikland layiq görülüb. Nobel komitəsinin məlumatında bildirilir ki, Artur Eşkin mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Jerard Moro və Donna Strikland arasında bölüşdürüləcək.
Oruc MUSTAFAYEV |
|
02.10.2018 | 14:46 | |
|
|
|