UTECA-nın elmi-tədqiqat fəaliyyətində müsbət dinamika | |
Azərbaycan Texnologiya Universitetində (UTECA) elmi-tədqiqat sahəsində son bir ildə müsbət dinamika müşahidə edilib.
Universitetdən bildirilib ki, son 6 ayda professor-müəllim heyətinin 85%-dən çoxunun Google Scholar platformasında kabineti yaradılıb. 2020-ci ildə belə kabinetlərin sayı cəmi 3, 2021-ci ildə isə 10 olub. SCOPUS və Clarivate Analytcs bazalarına daxil olan nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin sayı 2020-ci illə müqayisədə 5 dəfə, 2021-ci illə müqayisədə isə 2,5 dəfə artıb.
Artan dinamika respublika elmi jurnallarında da özünü göstərib. Belə ki, respublika elmi jurnallarında 2020-ci ildə 92, 2021-ci ildə 77 məqalə dərc edildiyi halda, 2022-ci ildə 138 məqalə işıq üzü görüb. UTECA əməkdaşları tərəfindən alınan patentlərin sayına gəlincə, göstərici 2022-ci ildə 14 olub. 2020 və 2021-ci illərdə isə əldə edilən patent sayı 7 və 3 olub.
Müvafiq dövlət proqramlarının tələbləri əsas götürülərək kafedralar qarşısında qoyulan tələblər və son altı ayda 10 sənaye müəssisəsi ilə imzalanan əməkdaşlıq memorandumu Azərbaycan Texnologiya Universitetinin elmi-tədqiqat sahəsində daha çox nailiyyətlərə imza atacağından xəbər verir.
|
|
12.04.2023 | 15:10 | |
|
|
|