“Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə “Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi yekunlaşıb.

 

RTİ-dən aldığımız məlumata görə, “Sərhəd” hərbi-idman oyunları  Elm və Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında keçirilir.

 

Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə məhəbbət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

 

Bu günlərdə keçirilən oyunların nəticələrinə əsasən, Oğuz və Qax məktəbliləri də zona mərhələsində I yerə layiq görülüb.

 

Şakir CƏFƏROV

 



08.04.2023 | 12:35