“StartupFest Gəncə” proqramının açılış mərasimi olub | |
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində “StartupFest Gəncə” Proqramının təqdimatı və açılış mərasimi keçirilib.
Daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov çıxış edərək bildirib ki, bu layihə çərçivəsində təşkil olunacaq təlimə 71 komanda müraciət edib və münsiflərin qiymətləndirməsi nəticəsində 15 komanda növbəti mərhələyə keçib. O, bu layihənin həm Gəncə-Daşkəsən iqtisadi rayonu, həm də ümumillikdə respublika üçün uğurlu olacağını vurğulayıb.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin Elm və xarici əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev və Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov da çıxış ediblər. Açılış mərasiminin ardından təlimlərə start verilib.
Təlimlər bir ay müddətində davam edəcək və sonda I yerə çıxacaq komandaya Türkiyədəki inkubasiya mərkəzinə təcrübə səfəri, II yerə çıxacaq komandaya təlim kuponu (5 000 AZN dəyərində), III yerə çıxacaq komandaya komandanın hər üzvü üçün Udemy-ə illik abunəlik hədiyyə olunacaq.
|
|
05.04.2023 | 10:43 | |
|
|
|