Tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb | |
Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2018-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları elan olunub. Bu il yüksək elmi mükafata T-hüceyrələrin tətbiqi yolu ilə xərçəngin terapiyası sahəsində tədqiqatlarına görə Yaponiyanın Kioto Universitetinin professoru Tasuku Honjo və amerikalı, Texas Universitetinin professoru Ceyms Allison layiq görülüblər. Kral Akademiyası alimlərin ağır xəstəliyin müalicəsi üzrə inqilabi metodika hazırladıqlarını yüksək qiymətləndirib.
Laureatlar 1 milyon dolları öz aralarında bölüşdürəcəklər.
Oruc MUSTAFAYEV |
|
01.10.2018 | 14:38 | |
|
|
|