Qız tələbələrə təqaüd imkanları, layihə və hakatonlara maliyyə dəstəyi... | |
Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əskərov, baş katibi Elizaveta Bydanova və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Mirzəyeva Yelo Bankın HR və Marketinq nümayəndələri ilə görüşüblər.
Görüş zamanı Yelo Bankın İşə qəbul və kadrlar şöbəsinin müdiri Kəmalə Eynullayeva gələcək əməkdaşlıqla bağlı müxtəlif təşəbbüslər irəli sürüb. Təkliflər UFAZ tələbələrinin Yelo Banka səfərləri, qız tələbələrə təqaüd imkanları, UFAZ-da tələbə layihələri və hakatonlara ümumi maliyyə dəstəyindən ibarət olub. Bundan başqa, tərəflər gələcək tədbirləri və uyğun tarixləri müzakirə ediblər. Qonaqlar xüsusi ilə bank sektorunun artan rəqəmsallaşmasında böyük rolu olacaq Kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələrə maraq göstəriblər.
Sonda bank nümayəndələri UFAZ-ın binası ilə tanış olublar.
|
|
04.04.2023 | 11:24 | |
|
|
|