Nazir Göygöldə 5 nömrəli məktəbdə olub

Martın 31-də elm və təhsil naziri Emin Əmrullayev Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta məktəbi ziyarət edib. 

 

Əvvəlcə məktəbin foyesində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

 

Daha sonra icmaəsaslı məktəbəqədər təhsil qrupu, peşə təmayüllü siniflərdə tədris və məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib. 

 

Bildirilib ki, məktəb binası 2006-cı ildə tikilərək istifadəyə verilib. Hazırda məktəbdə 900-dən çox şagird təhsil alır.

 

 



31.03.2023 | 17:44