Əcnəbi tələbənin soyqırıma həsr olunan sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb.

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Sarete Aydenizin rəsm işlərindən ibarət sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı, universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı çıxış edərək, ermənilər tərəfindən 1918-ci ilin martında və aprelində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayət olduğunu bildirib.

 

Hazırlıq fakültəsinin tələbəsi Sarete Aydeniz  “Ürəyimin qanayan yarası, qan ağladan qardaş acısı” adlı sərgidə iştirak edənlərə öz təşəkkürünü bildirib. Rəsm əsərlərində faciənin dəhşətli və acı nəticələrinin təsvir olunduğunu, Xocalı hadisələri, eləcə də Azərbaycan Ordusunun qələbəsi mövzusunda  rəsmlərinin sərgidə yer aldığını söyləyib.  

 

Daha sonra qonaqlar sərgiyə baxış keçiriblər.

 

 



31.03.2023 | 19:17